Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru müzakirə olunacaq

   Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru müzakirə olunacaq
  26 May 2023    Oxunub:1057
“Biz bir həftə sonra Ermənistan və Azərbaycanın baş nazir müavinləri ilə çox vacib texniki detalları müzakirə edəcəyik, lakin bunlar çox vacib detallardır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib. Onun sözlərinə görə, söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir.

“Sərhəd və gömrük nəzarəti necə aparılacaq? Bu, bir həftə sonra Moskvada müzakirə ediləcək suallardır”.

AzVision.az


Teqlər:





Xəbər lenti