Qərb bölgəsində leysanın fəsadları ilə bağlı açıqlama

   Qərb bölgəsində leysanın fəsadları ilə bağlı açıqlama
  26 May 2023    Oxunub:3122
Respublikanın qərb bölgəsinə yağan intensiv yağışlar bir sıra fəsadlara yol açıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında iki nəfərin itkin düşməsi, bəzi ərazilərə yağış sularının dolması, qaz və elektrik xətlərinə ziyan dəyməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində xilasedicilər tərəfindən 1954-cü il təvəllüdlü Muxtar Hüseyn oğlu Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Rahib oğlu Qurbanovun cəsədləri Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, FHN-in qüvvələri tərəfindən subasma ilə əlaqədar 3 nəfərə ilkin yardım göstərilib, vətəndaşlara məxsus iki minik avtomobili daşqın zonasından çıxarılıb, sıradan çıxmış qaz və elektrik xətləri kəsilərək ərazidən kənarlaşdırılıb.

Hazırda Nazirliyin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən intensiv yağışlar səbəbindən Gəncə şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti