Sudan qanunsuz istifadəyə görə 431 min cərimə yazılıb

   Sudan qanunsuz istifadəyə görə 431 min cərimə yazılıb
  26 May 2023    Oxunub:1650
"Bu il "Azərsu" ASC tərəfindən 1500-ə yaxın iri su istehlakçısında yoxlanma aparılıb. Onların 23 faizində və ya 340 ünvanda müxtəlif qüsurlar aşkarlanıb".
AzVision.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin elektron idarəetmə və müştəri xidmətlərinin departamentinin rəis müavini Cabbar Cabbarlı deyib. Onun sözlərinə görə, 19 iri su istehlakçısında kənar müdaxilə, 79 ünvanda şəbəkəyə qanunsuz müdaxilə, 47 ünvanda sayğacın ayrılması, 78 ünvanda sayğacın işləmədiyi müəyyən edilib. Nəticədə 180 min kub metrə yaxın su bərpa edilib.

C.Cabbarlı qeyd edib ki, 1865 əhali qrupuna daxil olan şəxs qanunsuz sudan istifadəyə görə 431 min manat cərimələnib. Onlardan 140 min manata yaxını ödənilib.

"43 iri su istehlakçısında kənar xətlərdən istifadəyə görə 85 min manata yaxın dəymiş ziyan aşkarlanıb".

C.Cabbarlı bildirib ki, 4 ay ərzində sudan qeyri-qanuni istufadəyə görə 4800 hal aşkarlanıb. Bunlardan 4700-ü əhali sektorunun payına düşür.

Aytən Zəhra
AzVision.az


Teqlər: Su  



Xəbər lenti