Narkoloji Dispanserdəki görüntülərlə bağlı Baş Prokurorluqdan açıqlama

  Narkoloji Dispanserdəki görüntülərlə bağlı Baş Prokurorluqdan açıqlama
  26 May 2023    Oxunub:1614
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.
Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək.
Bakıdakı Narkoloji Mərkəzdə açıq bazar: Rüşvət görüntüləri - VİDEO


Məsələ ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama yayıb. Qeyd edilib ki, Bakı Narkoloji Mərkəzindən müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır.

Bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaq.

Xatırladaq ki, Narkoloji Dispanserdə vətəndaşların heç bir testdən keçmədən arayış alması ilə bağlı məlumatlar yayılıb. İddialarla bağlı Baku TV-nin çəkiliş qrupu dispanserdə olub və süjet hazırlayıb. Süjetdən görünür ki, müxbir gizli çəkiliş edərək saxta arayış ala bilir və buna görə xəstəxana personalına 10 AZN ödəniş edir. Həmçinin Mərkəzin direktoru Qalib Məmmədov arayış almaq üçün hər hansı məbləğ alındığını təkzib edib. Arayış yazan əməkdaş otağa dəvət edilib, lakin o, arayış üçün pul istədiyini inkar edib.

Çəkiliş zamanı dispanser əməkdaşlarından biri Baku TV-nin kamerasının işığını sındırıb. Media əməkdaşlarına bildirilib ki, avadanlığa ziyan vurulması ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti