Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırıldı

   Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırıldı
  27 May 2023    Oxunub:971
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq iyunun 03-dən etibarən qatar reyslərinin sayını artırıb.
Bu barədə AzVision.az -a ADY-dən məlumat verilib.

Bildirilib ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından

(https://ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti