Ərdoğan: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq"

      Ərdoğan:    "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq"
  27 May 2023    Oxunub:867
"Türk xalqı Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacaq".
AzVision.az xəbər verir ki, bu fikir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm. Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq. Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm", - məktubda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti