Azərbaycan Prezidenti Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub
Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.
Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.
Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu.
AzVision.az
Teqlər: Prezident Kəlbəcər Məktəb