Gürcüstanda dəmiryolu qəzası: Bir azərbaycanlı ölüb, 3 nəfər xəsarət alıb

 Gürcüstanda dəmiryolu qəzası:  Bir azərbaycanlı ölüb, 3 nəfər xəsarət alıb
  27 May 2023    Oxunub:1856
“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmiryolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
QSC-dən AzVision.az -a verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmayıb”, - QSC-dən bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Aytən Zəhra
AzVision.az



Teqlər: Dəmiryolu   Hadisə   Məlumat  





Xəbər lenti