Türkiyədə tarixi səsvermə anı: FOTOLAR

 Türkiyədə tarixi səsvermə anı:  FOTOLAR
  28 May 2023    Oxunub:1873
Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.
AzVision.az xəbər verir ki, yerli vaxtla saat 08:00-da başlayan seçki prosesi saat 17:00-dək davam edəcək.

Qardaş ölkənin seçiciləri səsvermədə fəal iştirak edirlər. Milli paltarda, hörümcək adam paltarında və hətta tutuquşusu ilə gələn seçicilər ətrafdakıların diqqətini çəkib.

Türkiyədəki seçkilərin II turundan fotoları təqdim edirik:










Xatırladaq ki, bu gün tarixdə ilk dəfə Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı ikinci turu keçirilir.

İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti