"Biz haqlıyıq və mövqeyimizdən kənara bir addım belə atmırıq" - İlham Əliyev

   "Biz haqlıyıq və mövqeyimizdən kənara bir addım belə atmırıq" -    İlham Əliyev
  28 May 2023    Oxunub:1396
Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə (Qarabağla bağlı – red.) tamamilə razılaşıblar. Bunu mən müxtəlif görüşlər əsnasında artıq görürəm. Yəni, nəyə görə razılaşıblar? Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. “Bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti