Hikmət Hacıyev və Qriqoryan panel müzakirəsində iştirak edəcək

   Hikmət Hacıyev və Qriqoryan panel müzakirəsində iştirak edəcək
  29 May 2023    Oxunub:1013
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb.

Forum mayın 30-da baş tutacaq.
AzVision.az


Teqlər: HikmətHacıyev  



Xəbər lenti