“Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır” - Ermənistan prezidenti

   “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mühüm mesajdır” -    Ermənistan prezidenti
  29 May 2023    Oxunub:1197
Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanla görüşündə hökumətin regionda sülhün bərqərar edilməsi siyasətini tam dəstəklədiyini bəyan edib.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Xaçaturyan Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını və Azərbaycandan da bunu gözləməsi mesajlarını mühüm adlandırıb.

"Bunlar sadəcə sözlər deyil, sülhün yekun bərqərar olmasına real münasibətdir, - Xaçaturyan deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti