Döyüşə "axçi"lər gedir - Erməni nazir qızların xidmət şərtlərini açıqladı

  Döyüşə "axçi"lər gedir -  Erməni nazir qızların xidmət şərtlərini açıqladı
  30 May 2023    Oxunub:3457
Ermənistanda yeni qanunun qəbulundan sonra 18 yaşdan 27 yaşa qədər olan qadınlar hərbi xidmət üçün müraciət edə biləcəklər.
Bunu “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” və “Müdafiə haqqında” qanunlara müvafiq dəyişikliklərlə bağlı danışan müdafiə naziri Suren Papikyan deyib. Qadınlar üçün hərbi xidmət könüllü əsaslarla olacaq.

Təklif olunan düzəlişlərə əsasən, qızlar üçün xidmət müddəti 6 ay çəkəcək, bundan sonra onlar 1 milyon dram məbləğində birdəfəlik ödəniş alacaqlar. Əgər qadın hərbçi səhhətinə görə erkən tərxis olunarsa, bu məbləğ 6 aya bölünəcək. Bu kateqoriyadan olan əsgərlər xidmət zamanı müəyyən maaş da alacaqlar.

Nazir qeyd edib ki, hazırda təlimlər üçün nəzərdə tutulmuş hərbi hissələrdən birinin ərazisində xüsusi kazarma tikilir. Burada qadın hərbi bölmələri yerləşdiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti