Ortaq Türk Dünyası Olimpiadası qalibləri mükafatlandırılıb

Ortaq Türk Dünyası Olimpiadası qalibləri mükafatlandırılıb
  30 May 2023    Oxunub:1197
Bakıda "Heydər Əliyev İli"nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, millət vəkilləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ölkəmizdəki səfirləri, Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, müəllimlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadaya iştirakçılarını təbrik edib və Olimpiadanın əhəmiyyətindən bəhs edib.

O bildirib ki, türk dünyasının bütövlüyü hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, milli mədəniyyətinin inkişaf etdirilməsinin başlıca və yeganə şərtidir:

"Bu birliyin daha da gücləndirilməsi baxımından Ortaq Türk Dünyası Olimpiadası bir körpü rolunu oynayır".

Daha sonra türk ölkələrini təmsil edən olimpiada iştirakçılarının və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir türk xalqlarının rəqsləri əsasında hazırlanmış kompozisiya ilə başa çatıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti