5 ildən sonra Bakıda möhtəşəm konsert verdi - ŞƏKİL + VİDEO

    5 ildən sonra Bakıda möhtəşəm konsert verdi  -  ŞƏKİL + VİDEO
  30 May 2023    Oxunub:2936
Məşhur türkiyəli müğənni Sıla Gençoğlu Bakıda solo konsert proqramı ilə çıxış edib.
AzVision.az xəbər verir ki, ölkəmizdə kifayət qədər pərəstişkarı olan müğənni Bakı Konqres Mərkəzində öz repertuarında yer alan hit mahnıları ilə səhnəyə çıxıb. Konsert başlayan kimi azərbaycanlıları 28 May - Müstəqillik Günü münasibətilə təbrik edən Sıla ilk olaraq peşəkar musiqi orkestrinin müşayiəti ilə özünün “Velhasıl” adlı mahnısını ifa etdi. Daha sonra o, konsert iştirakçılarını coşduraraq "Vaziyetler”, “Yabancı”, “Acısa da öldürmez", "Yan benimle" və digər musiqilərini səsləndirib.

Məşhur türkiyəli müğənni Bakıda möhtəşəm konsert verdi
Konsert boyu müğənni pərəstişkarlarından hədiyyələr aldı. Onun Sıla adlı kiçik pərəstişkarının səhnəyə çıxaraq öz oyuncağını, üstündə sənətçinin adı yazılan qolbaqla bərabər hədiyyə etməsi də yadda qalan hadisə oldu.

Müğənni sevənlərindən hədiyyələr aldıqdan sonra “Hər həftə Bakıya konsertə gələcəyəm” deyib.

Qeyd edək ki, konsert "Anadolu events"-in təşkilatçılığı ilə baş tutub.

Aygün Xankişiyeva
AzVision.az

Qalereya




Teqlər:   Konsert   Müğənni  






Xəbər lenti