Azərbaycan 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib

Bildirilib ki, sessiya zamanı Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib.
Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və onlardan 112 dövlət Azərbaycanın lehinə səs verib.
Ölkəmizin namizədliyini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edirik.
AzVision.az
Teqlər: UNESCO