Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi təqaüdə göndərilib

   Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli şəxsi təqaüdə göndərilib
  31 May 2023    Oxunub:625
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.

Digər sərəncamla DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev də təqaüdə çıxarılıb.

Komitədən “Report”a bildirilib ki, hər iki vəzifəyə hələlik təyinat yoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti