Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir

Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir
  31 May 2023    Oxunub:652
Latviyanın müvəqqəti işlər vəkili Gəncədə səfərdədir
Latviyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Viya Buşa Gəncədə Vətən müharibəsi zamanı raket atəşinə tutulan ərazidə olub.

AzVision.az -ın məlumatına görə, qonaq Vətən müharibəsi zamanı düşmən raketi nəticəsində dağılan əraziyə baş çəkib.

Viya Buşaya ermənilərin törətdiyi terror hadisələri ilə bağlı məlumat verilib.

Qeyd edək ki, Viya Buşa həmçinin Gəncə Şəhər İcra Hakimiyyətində olub, rəhbər şəxslərlə görüşüb.

AzVision.az



Teqlər:





Xəbər lenti