Şamaxıda dəhşət - qardaş qardaşı öldürdü

Şamaxıda dəhşət - qardaş qardaşı öldürdü
  30 May 2014    Oxunub:1464
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Sabir qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini - 1965-ci il təvəllüdlü Şahməmmədov Feyruz Heybət oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qardaşı oğlu - 1993-cü il təvəllüdlü Şahməmmədov Heybət Mais oğluna “Makarov” tapançası ilə atəş açaraq ayağından yaralayıb. Oğlunun əmisi tərəfindən güllələndiyini eşidən 1970-ci il təvəllüdlü Şahməmmədov Mais Heybət oğlu qardaşı Feyruz Şahməmmədovun əlindən tapançanı alaraq onun ürək və baş nahiyəsinə iki dəfə atəş açıb. Feyruz Şahməmmədov hadisə yerində dünyasını dəyişib.

Ayağından xəsarət alan Heybət Şahməmmədov isə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qardaşını qətlə yetirən Mais Şahməmmədov tutulub. Məlumata görə, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib. O qızını başqa qardaşının oğluna ərə verib.

Hadisənin namus və ya mülk üstündə baş verən dava səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti