Naxçıvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlunun yaşadığı Püsyan kəndi ərazisində həmkəndlisi Xəlil Şıxəliyevi bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Teqlər: