Mübahisə etdilər, kişinin gözünü çıxartdı

   Mübahisə etdilər,    kişinin gözünü çıxartdı
  01 İyun 2023    Oxunub:1138
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər: Gəncə  



Xəbər lenti