Sədrdən təklif: "Sürəyya Ağaoğlunun Şuşada abidəsi ucaldılsın"

      Sədrdən təklif:    "Sürəyya Ağaoğlunun Şuşada abidəsi ucaldılsın"
  02 İyun 2023    Oxunub:923
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun xatirəsinin əbədiləşdirilməsi təklifi ilə çıxış edib.
AzVision.az xəbər verir ki, o, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının və Özbəkistan Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən “Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Yaxşı olardı ki, Sürəyya Ağaoğlunun Şuşada abidəsi və xatirə kompleksi ucaldılsın. Onun xatirəsi doğma Şuşa şəhərində əbədiləşdirilsin"-, o bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti