"Bu il təyin olunan hakimlərin 40 faizi qadınlardır" - Çingiz Əsgərov

   "Bu il təyin olunan hakimlərin 40 faizi qadınlardır" -    Çingiz Əsgərov
  02 İyun 2023    Oxunub:1116
"Bu il yeni təyin edilən hakimlərin 40 faizini qadınlar təşkil edir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, məhkəmə hakimiyyətində qadınların roluna əhəmiyyət verilir: "Bu il yeni təyin edilən hakimlərin 40 faizini qadınlar təşkil edir. Bu rəqəm ildən ilə artır. Ali məhkəmənin rəhbər vəzifələrində xanımlar çalışır. Məsələn, bizdə Məhkəmə işlərinin idarə edilməsi şöbəsi yaradılıb və orada 5 sektordan 4-nün rəhbəri qadındır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti