Meyit qalıqlarının Şuşa həbsxanasında saxlanılmış əsirlərə aid olduğu ehtimal edilir

   Meyit qalıqlarının Şuşa həbsxanasında saxlanılmış əsirlərə aid olduğu ehtimal edilir
  03 İyun 2023    Oxunub:1480
Şuşa türməsinin ərazisində aşkar olunan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir.
AzVision.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

"Torpaqlarımız işğaldan azad olunandan sonra Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılmışdır. Ötən dövr ərzində Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşlar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları aşkar edilmiş və həmin insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eynişləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə monekulyar genetik ekpertizası təyin edilmişdir.

Şuşa həbsxanasının ərazisində ən azı 4 şəxsə məxsus meyit qalıqları aşkar edilib. Onların Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir", - o əlavə edib.
AzVision.az



Teqlər: Şuşa  





Xəbər lenti