Ermənilər fortifikasiya qurğuları quraşdırmağa cəhd etdilər

   Ermənilər fortifikasiya qurğuları quraşdırmağa cəhd etdilər
  04 İyun 2023    Oxunub:1392
Saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
AzVision.az


Teqlər:





Xəbər lenti