Polis qaçırılmış avtomobili sahibinə təhvil verdi

   Polis qaçırılmış avtomobili sahibinə təhvil verdi
  04 İyun 2023    Oxunub:1185
Havanın isti keçməsi ilə əlaqədar xüsusən həftə sonları vətəndaşlatımızın asudə vaxtlarını, istirahətlərini tam təhlükəsiz formada təmin edilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin təsdiq etdiyi xüsusi plana əsasən mərkəzi küçə və prospektlərlə yanaşı əhalinin dəniz kənarı ərazilərdə yerləşən istirahət və əyləncə məqsədli obyektlərə üz tutanların əhəmiyyətli dərəcədə artdığını nəzərə alıb yollarda nəqliyyatın fasiləsizliyini və təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş qaydadə xidmət təşkil olunur.
Bu barədə AzVision.az -a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Ötən gecə tək Suraxanı Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının xidməti ərazisində keçirdiyi tədbirlər zamanı 1 sərxoş sürücü, 2 sürücülük hüququ olmayan, 4 etibarnaməsiz, 13 yük avtomobili (şəhərə vaxtsız girməyə cəhd edən) və bir qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib.

Nəzarət-profilaktik tədbirlər bütünlükdə paytaxt ərazisini əhatə edir.
AzVision.az


Teqlər:





Xəbər lenti