İtkin düşmüş hərbçilərlə bağlı yeni qaydalar
Bununla bağlı məsələ Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli və 24 fevral tarixli 822-VIQD nömrəli qanunlarının 41.2-ci maddəsinə dəyişiklikləri özündə ehtiva edir.
Sənədə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Təklif olunan dəyişiklik məhkəməyə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan etməsinə səlahiyyət verir. Qanun layihəsi ikinci oxunuşdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.
AzVision.az
Teqlər: