Tağı Əhmədov ömürlük yerimə qabiliyyətini itirdi
Onun həyat yoldaşı Salatın Əhmədova faktı təsdiq edərək, bunları deyib: “Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem yaranıb.
İndi Tağını müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldurlar. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”.
AzVision.az
Teqlər: TağıƏhmədov