Bakıda doqquzmərtəbəli binada yanğın olub - VIDEO

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina və mənzillər yanğından mühafizə olunub.
AzVision.az
Teqlər: