Qarabağda çadr tipli heyvan kəsimi məntəqələri quraşdılıb

   Qarabağda çadr tipli heyvan kəsimi məntəqələri quraşdılıb
  08 İyun 2023    Oxunub:1214
"İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun isə Talış kəndində artıq çadr tipli heyvan kəsimi məntəqələri quraşdılıb. Qurban bayramında da həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

"Bildiyiniz kimi artıq işğaldan azad edilmiş bəzi ərazilərə əhali köçürülüb. İnsanların təbii ki, gündəlik tələbat mallarından biri də ət və ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələrində kəsilən heyvanlar yoxlanılır. Şəhərsalmaya uyğun olaraq həmin ərazilərdə gələcəkdə stasionar tipli kəsim məntəqələr inşa ediləcək".

Q.Təhməzli qeyd edib ki, AQTA tərəfindən ölkə ərazisində Qurban bayramına hazırlıq prosesinə start verilib:

"Artıq müvafiq qurumlarla birgə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirilib:

"Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq. Satılan və kəsilən heyvanlar bütün laborator müayinələrdən keçiriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəngilan  





Xəbər lenti