Qoşqar Təhməzli etiraz etdi: "Hər zəhərlənmə qidaya görə olmur"

      Qoşqar Təhməzli etiraz etdi:    "Hər zəhərlənmə qidaya görə olmur"
  08 İyun 2023    Oxunub:1211
"Qida zəhərlənmələri ilə bağlı bəzi media orqanlarında qeyri-peşəkar məlumatlar yayılır".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, əksər hallarda zəhərlənmənin qida faktoru ilə bağlı olmadığı müəyyən edilir:

"Belə fakt olanda onu ilkin olaraq qida zəhərlənməsi kimi təqdim edilməsi düzgün deyil. Bunu aydınlaşdırmağa çalışmaq lazımdır.

Bu yaxınlarda Bakı məktəblərin birində də şagirdlərin qidadan zəhərlənməsi bildirilmişdi. Amma ekspertizanın nəticəsindən sonra məlumatın səhv olduğu aşkarlandı. Belə ki, yeniyetmələr idmanla məşğul olduqdan sonra həyətdəki sudan istifadə ediblər. Həmin su texniki olub, buna görə də həzm sistemində pozğunluq yaranıb".

Qeyd edək ki, Bakıda 149 saylı məktəbin şagirdləri arasında zəhərlənmə faktı olmuşdu.

Aytən Zəhra
AzVision.az


Teqlər: qida   Zəhərlənmə  





Xəbər lenti