"Nazirlərin görüşünün dəqiq tarixi müəyyənləşdirilir"

   "Nazirlərin görüşünün dəqiq tarixi müəyyənləşdirilir"
  08 İyun 2023    Oxunub:864
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təxirə salınmasını şərh edərkən deyib.

“Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti