21 yaşlı oğlan aptekdən uşaq yeməyi oğurladı

  21 yaşlı oğlan aptekdən uşaq yeməyi oğurladı
  08 İyun 2023    Oxunub:1186
Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.
AzVision.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb: "Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Oğurluq  





Xəbər lenti