İstanbulda BMT, Aİ və Böyük Britaniya məsləhətləşmələri keçiriləcək

"Bu gün İstanbulda Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Aİ və BMT-nin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə regional məsləhətləşmələr keçiriləcək", - nazirliyin məlumatında bildirilir.
Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar təmsil edəcək. Regional və qlobal problemlərin müzakirəsi planlaşdırılır.
İclasda iştirak edənlərin adları açıqlanmayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İstanbul