AMEA-nın elmi institutlarına magistratura səviyyəsi üzrə bu ildən qəbul aparılmayacaq

 AMEA-nın elmi institutlarına magistratura səviyyəsi üzrə bu ildən qəbul aparılmayacaq
  09 İyun 2023    Oxunub:1607
"Bu ildən Elm və Təhsil Nazirliyinin və AMEA-nın tabeliyində olan elmi müəssisələrin magistratura səviyyəsinə tələbə qəbulu aparılmayacaq".
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, elmi tədqiqat müəssisələri universitetlərlə birgə magistratura və doktontura səviyyəsi üzrə mütəxəssislərin hazırlanmasında iştirak edəcəklər.

"Bu ildən magistratura səviyyəsi üzrə SABAH qruplarına 500 proqnoz yeri nəzərədə tutulub. Yəni tələbə qəbulu azaldılmır. Magistratura üzrə proqnoz yerlərin sayı ötən illə müqayisədə 1000 nəfər artıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti