Artıq hüquqi yaradım "Hüquq360°"la daha tez və asan olacaq

   Artıq hüquqi yaradım "Hüquq360°"la daha tez və asan olacaq
  09 İyun 2023    Oxunub:2191
Azərbaycanda hüquqi cəhətdən çətinlik çəkən və ya öz hüquqlarını qorumaq, onları bilmək istəyən və məsələlərin tez və çatımlılıq baxımında vətəndaşlar üçün "Hüquq360°" adlı yeni tətbiq fəaliyyətə başlayır. Bu tətbiq RR Company hüquq şirkətinin məhsuludur.
İstifadəçilər bu tətbiq vasitəsi ilə öz prosesinə uyğun müvafiq kateqoriyadan hüquqi xidmət alacağı vəkili seçə biləcəklər. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir. Vəkil seçimi qərarlaşdırılandan sonra şəxs müvafiq zəng düyməsinə toxunaraq sadə qaydada xidmətdən yararlana bilər.

Tətbiqin yaradıcısı, RR Company hüquq şirkətinin direktoru Ramid Yusifbəyli AzVision.az -a açıqlamasında bildirib ki, mobil tətbiqin ərazi olaraq əhatə dairəsi mövcud deyil. Yəni dünyanın müxtəlif ölkələrindən Azərbaycanda işgüzar və ya şəxsi istirahətdə olan habelə, əcnəbilər, eyni zamanda digər şəxslər rahatlıqla ölkə daxili hüquqlar çərçivəsində xidmətlərdən fasiləsiz olaraq yararlana bilərlər.

R.Yusifbəyli qeyd edib ki, bu mobil tətbiqi yaratmaq ideyası iki ildir var. "Lakin onu həyata keçirmək fikri ötən il qərarlaşdırıldı. Bu məsələni dərindən araşdırıb, layihənin icrasına başladım. Beləliklə, daha da təkmilləşdirib, insanlara çatımlı bir tətbiq yaratdım. Layihə Azərbaycanda ilkdir və vətəndaşlara tez, yerində hüquqi yardım almaqda kömək edəcək", hüquqşunas əlavə edib.

O bildirib ki, layihə ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının müraciət edib və onlardan müsbət rəy verilməklə dəstək alıb.
Tətbiqi öz vəsaitimiz hesabına reallaşdırdıq. Şəhadətnamənin alınması üçün sənədləri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə təqdim etmişik. Şəhadətnaməmizi alandan sonra bu ay sonu layihənin geniş auditoriya ümün tətbiqinə başlayacağıq.
Bundan sonra bütün mobil istifadəçilər tətbiqi yükləyib, fasiləsiz istifadə edə biləcək.

"Hər bir vətəndaşın hüquqi məsləhətə ehtiyacı olur və bu, müəyyən saat içərisində olur. Bununla bağlı hüquq bürolarına və ya hüquq şirkətlərinə müraciət edilir. Lakin mobil tətbiqdə vəkil və ya hüquqşünaslar növbətçilik üzrə bütün müraciətləri fasiləsiz cavablandıracaqlar.

Tətbiqdə müraciətlər zəng üzərindən olacaq. Mesajlaşma bölməsi var, lakin yazı zamanı fikirlər tam şəkildə əsaslandırıla bilmir. Onun üçün vətəndaş məsləhət alacağı şəxsi kateqoriya üzrə seçib, ona zəng edə biləcək" habelə, təyinatı və tətbiq dairəsi hüquqi cəhətdən çətinlik çəkən və ya öz hüquqlarını qorumaq, onları bilmək istəyən bütün vətəndaşları əhatə edir. Hüquqi qaydada kömək istəyən və ya baş vermiş hər hansı hadisə ilə bağlı hüquqi məlumat almaq , həmçinin hüquqi xidmətdən yararlanmaq istəyən hər bir istifadəçi bu tətbiq vasitəsi ilə sadə qeydiyyat tamamlayaraq daxil olub, öz prosesinə uyğun müvafiq kateqoriyanı seçərək özünə hüquqi xidmət göstərəcəyi vəkili seçə bilər, R.Yusifbəyli əlavə edib.

Hazırda tətbiqə 20 vəkil və 8 hüquqşünasın məlumatları kateqoriyalar üzrə yerləşdirilib. Layihə rəhbəri qeyd edib ki, tətbiqə başqa vəkil və hüquqşünasların da daxil edilməsi üzərində işlənilir.

"Vəkillərin əksəriyyəti vəkil bürolarında çalışır. Onlarla işləmək üçün bürolarla müqavilə bağlayırıq. Bu da müəyyən zaman alır. Bizim göstərdiyimiz xidmət ödənişli olduğu üçün hər ayın sonu üzləşmə aktı keçirilir. Vəkil neçə dəqiqə məsləhət veribsə, ona uyğun ödənişi alır. Bürolarda işləyən vəkillərin xidmət haqları isə Vəkil Bürosuna köçürülür. Onlar həmin ödənişi vəkilin aylıq məvacibinə əlavə edirlər".

R.Yusifbəyli qeyd edib ki, hüquqi yardım hər dəqiqə üçün 2 manat hesablanacaq.
"Şəxs mobil tətbiqi yükləyib, kart məlumatlarını daxil edib, lazım olan dəqiqələri alır. İstifadə edilmədikdə dəqiqənin itməsi problemi olmayacaq. Şəxs 10 dəqiqə alıb və 3 dəqiqəsini istifadə edibsə, yerdə qalan dəqiqə onun balansında qalacaq. Və növbəti zəngində həmin dəqiqələri rahatlıqla istifadə edəcək.
Vətəndaş istənilən vaxt vəkilə zəng edə biləcək. Əgər vəkil həmin an prosesdə və ya işi olarsa, tətbiqdə onun zəng hissəsi bağlanılır və məşğul olduğu göstərilir. Şəxs istəsə sonra zəng edə və ya həmin kateqoriya üzrə başqa vəkillə əlaqə saxlayaraq məsləhəti ləd edir.

Tətbiqi test rejimdə test edilib və ay sonu geniş auditoriyaya təqdim ediləcək".

AzVision.az


Teqlər: Hüquqi-yardım  



Xəbər lenti