Ağdaşda 17 yaşlı oğlan kanalda batıb

Ağdaşda 17 yaşlı oğlan kanalda batıb
  09 İyun 2023    Oxunub:1427
Bu gün saat 16 radələrində Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, həmin şəxsin rayon sakini, 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlu olduğu müəyyən edilib. Polis və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub və hazırda axtarışlar davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti