ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başladı
Tərəflərin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn bu layihə vasitəsilə təlimi onlayn izləyən şəxslər mina təhlükəsinin izahı, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi fəsadlar, şübhəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları haqqında məlumatla tanış olacaqlar.
Təlim beş qızıl qaydanı özündə əks etdirir - “Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın! Naməlum və şübhəli əşyalara toxunmayın! Atılıb qalmış hərbi sursatlar və texnikalar olan sahələrə yaxınlaşmayın! Dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə daxil olmayın! Səngərlər və sığınacaqlar olan sahələrə yaxınlaşmayın!”
Qeyd edək ki, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərində iştirak etmək istəyən şəxslər Agentliyin veb-səhifəsində “Fəaliyyət - maarifləndirmə işləri” bölməsindən “Təlimə qoşul” (https://anama.gov.az/enlightenment-works) keçidinə daxil olaraq rahatlıqla maarifləndirmə təlimini izləyib, ANAMA tərəfindən QR kodlu rəqəmsal sertifikat əldə edə biləcək.
Missiyası bütün insanlara və müəssisələrə təlim sahəsində rəqəmsal imkanlar yaratmaq olan EDUAZ onlayn təlim platforması yerli mütəxəssislər tərəfindən hazırlanıb və təlimlərin əlçatanlığının təmin edilməsi üçün bir çox alətlərə malikdir. Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimlərini hər kəs istənilən məkandan, istənilən zaman izləyərək, özünüqiymətləndirmə testlərindən keçə biləcək və eyni zamanda təlim materiallarını istənilən vaxt təkrarlamaq imkanı olacaq.
Qeyd olunub ki, genişmiqyaslı təlimlərin keçirilməsi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətinə cəlb olunan nümayəndələrin, səfər edən şəxslərin məlumatlandırılmasına müsbət töhfəsini verəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


