MN: Ordumuzun Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır

      MN:    Ordumuzun  Ermənistan hərbçilərinin avtomobilinə atəş açması məlumatı yalandır
  09 İyun 2023    Oxunub:1060
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə AzVision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti