Türkiyədə raket zavodunda partlayış olub, 5 nəfər ölüb

 Türkiyədə raket zavodunda partlayış olub,  5 nəfər ölüb
  10 İyun 2023    Oxunub:1125
Türkiyənin Almadağ qəsəbəsində yerləşən Maşınqayırma və Kimya Sənayesinə (MKE) aid raket və partlayıcı zavodunda partlayış olub.
AzVision.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi partlayış nəticəsində 5 işçinin həlak olduğunu açıqlayıb.

Qeyd edilib ki, səhər saatlarında fabrikdə baş verən yanğından sonra partlayış baş verib. Təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti