"Qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır" - Prokurorluq

   "Qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır" -    Prokurorluq
  10 İyun 2023    Oxunub:1855
Abşeron Rayon Prokurorluğunda Xırdalanda qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 8-i rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti