4 məzun maşını qaçırıb aşırdılar

4 məzun maşını qaçırıb aşırdılar
  31 May 2014    Oxunub:1173
Bu gün Sabirabad rayonunun Məmişlər kəndi ərazisində içərisində 4 nəfər məzun olan “Toyota-PRADO” markalı avtomobilin qəzaya uğrayıb.
Sabirabad rayon polis şöbəsinin baş müstəntiqi Şahin Abdullayev publika.az-a bildirib ki, hadisə zamanı avtomobildə 4 məktəbli olub.

Hadisə onlar ziyarətgahdan rayona qayıdarkən baş verib. Avtomobil Qaralar kəndi ərazisində dönmə əməliyyatını düzgün etmədiyi üçün çökəyə düşüb və nəticədə aşıb.

Ş. Abdullayev bildirib ki, avtomobili məzun Nurlan isgəndərli idarə edib. Maşın onun babasına məxsus olub, özünün isə avtomobili idarə etmək hüququ olmayıb.

Hadisə nəticəsində xəsarət alan Nurlan İsgəndərli və Nüşabə Abbasova müxtəlif xəsarətlə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin ağır olmadığını deyən müstəntiq onlardan hadisə ilə bağlı ifadə alınacağını bildirib.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti