Bakı-Sumqayıt qatarlarında biznes vaqonları ləğv olunur

   Bakı-Sumqayıt qatarlarında biznes vaqonları ləğv olunur
  12 İyun 2023    Oxunub:1044
İyulun 1-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların (Bakı-Sumqayıt-Bakı) biznes vaqonlarından ekonom vaqon kimi istifadə olunacaq.
AzVision.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Məlumata görə, məqsəd ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılmasıdır. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti