Tərtərdə hərbçilərə işgəncə verənlərdən ikisinin fotosu

   Tərtərdə hərbçilərə işgəncə verənlərdən    ikisinin fotosu
  12 İyun 2023    Oxunub:1818
“Tərtər İşgəncələri”ndə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir. Məhkəmə prosesində zərərçəkənlərin və dövlət ittihamçısının səsləndirdiyi tükürpədici faktlar işgəncələri verən şəxslərin milli kimliyi ilə bağlı da suallar yaradıb.
AzVision.az “Yeni sabah” a istinadən xəbər verir ki, “Tərtər İşgəncələri”ndə ağlasığmaz formada əzablara məruz qalan Nemət Məhərrəmov ona və digər hərbçi yoldaşlarını bu amansızlığı törədənlərin ikisinin fotosunu yayıb.

O sosial şəbəkədəki paylaşımında yazır:

“Ruslan Mikayilov, biri də Polad Əzizovdur. 2017 -ci ilin mayında “Tərtər hadisələri”ndə mənə və mənim doyuş yoldaşlarima ağır işgəncə verib, qətlə yetirən bunlardır. Hər kəs bunları tanısın”.

Qeyd edək ki, Məhərrəmov bəraət alan hərbçilərdən biridir.



AzVision.az


Teqlər:



Xəbər lenti