Təkər partladı, sol qolunu itirdi

   Təkər partladı,    sol qolunu itirdi
  13 İyun 2023    Oxunub:886
İmişlidə karxanada ustanın ağır xəsarət alması ilə nəticələnən partlayış olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 12-si saat 17 radələrində Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  



Xəbər lenti