"Əlimə keçəndən şirniyyat hazırlayırdım" - Məleykə Abbaszadə

   "Əlimə keçəndən şirniyyat hazırlayırdım" -    Məleykə Abbaszadə
  13 İyun 2023    Oxunub:1875
"Qızlarım balaca olanda yedikləri bütün şirniyyatları evdə özüm bişirirdim. Elə bir zaman idi ki, hər dəfə gedib mağazadan almaq olmurdu".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Mənim reseptim belə idi: soyuducunu açırdım və orada nə görürdümsə, onlardan şirniyyat hazırlayırdım. Hərdən elə olurdu ki, qızlarım dadını çox bəyənirdi və yenə birişməyimi xahiş edirdilər. Mən isə xəmirə nələr qatdığımı unudurdum".

M. Abbaszadə deyib ki, Novruz onun ən sevimli bayramıdır: "Şəkərbura bişirmək üçün qozu təmizləyəndə fikirləşirdim ki, maşın olsaydı bunu edərdi. Çünki daha çox vaxtımı elmə həsr etmək istəyirdim. Qızlarım balaca olanda şəkərburaya naxış vurmağı xoşlayırdılar. Təəssüf ki, nəvələrimlə şirniyyat bişirməmişəm, çünki buna vaxtım olmayıb".

DİM sədri deyib ki, parodiyalara münasibəti yaxşıdır: "Yaxşı zarafatı qiymətləndirmək lazımdır. Məni ən yaxşı nəvələrim parodiya edirlər. Eynəyimi taxırlar və hərəkətlərimi təkrarlayırlar".

Aytən Zəhra
AzVision.az


Teqlər: MəleykəAbbaszadə  



Xəbər lenti