"İmtahan nəticəm 650 baldan yuxarıdır" - Məleykə Abbaszadə

   "İmtahan nəticəm 650 baldan yuxarıdır" -    Məleykə Abbaszadə
  13 İyun 2023    Oxunub:1658
"Bu gün abituriyent sualların hamısına cavab verəndə maksimum 700 bal toplayır. Lakin 690 və ya 650 bal toplayan uşaqların da nəticələri yaxşıdır və bizim dövrümüzdəki "5" qiymətinə uyğundur".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Təhsil TV"nin "İmtahan" verilişində sualları cavablandırarkən deyib.

"Bizim zamanımızda keçirilən imtahanlarda hər fəndən 3 sual olurdu. Onlara yazılı və ya şifahi cavab verirdik. Aldığımız "5" qiymətini müəllimlər fərqləndirə bilmirdi. Məsələn, bu gün 690 və ya 650 bal toplayan da "5" ala bilərdi. Mən maksimal balları toplamışdım və çox yüksək müsabiqə nəticəsində qəbul olmuşdum. Düşünürəm ki, mənim o zamanki nəticəm bugünki 650 baldan yuxarı olardı".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti