Əməkdar jurnalist təhqiramiz statusuna görə üzr istədi: "Səhvimi bağışlayın!"

Əməkdar jurnalist təhqiramiz statusuna görə üzr istədi:    "Səhvimi bağışlayın!"
  13 İyun 2023    Oxunub:926
Azərbaycanlı xanımın koreyalı gənclə ailə həyatı qurmasına görə təhqiramiz status yazan və buna görə ciddi təpki ilə qarşılaşan Əməkdar jurnalist Rəhman Orxan üzr istəyib.
AzVision.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə yazıb:

“Dünənki qalmaqallı statusuma görə yeni ailə quran azərbaycanlı qızdan və onun nişanlısı olan koreyalı oğlandan, onların valideynlərindən, yaxınlarından-doğmalarından, FB-dəki dost-tanışlarımın hamısından dönə-dönə üzr istəyirəm. O statusa görə çox xəcalət, iztirab çəkirəm. Bağışlayın səhvimi, bağışlayın ki, belə bir qeyri-obyektiv status yazıb, yanlış fikirlərə yol verdim.
Xahiş edirəm, daha neqativ şərhlər yazmayasınız. Kifayət qədər yazılıb”.

Xatırladaq ki, Əməkdar jurnalist Rəhman Orxan əvvəlki paylaşımında xanımın gözəl olduğunu, lakin "namus-qeyrət barədə düşünmədiyini", "anqırıb tayını tapmadığını" yazıb. Jurnalistin paylaşımında belə bir izdivacın həqiqətən baş tutması və xanımın kimliyi haqqında heç bir məlumat verilməyib. Lakin xanım və ailəsi haqqında səsləndirdiyi ifadələr sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

İstifadəçilər işlətdiyi ifadələrə görə jurnalisti qınayıblar. Bu qınaqlardan sonra Rəhman Orxan paylaşımı silib.

Qeyd edək, gənc xanım Ümman əməkdar artistlər Vüsal Rzayev və Elmira Kərimovanın övladıdır. Bu məlumatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yayıb. Azərbaycanlı xanım Ümman Li koreyalı Seungree Li ilə ailə həyatı qurub. Hazırda İnçon şəhərində yaşayırlar.

AzVision.az



Teqlər: Jurnalist  



Xəbər lenti