İtkin düşən 16 yaşlı qız tapıldı

   İtkin düşən 16 yaşlı qız tapıldı
  14 İyun 2023    Oxunub:740
Bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinova tapılıb.
DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a bildirilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Lənkəran şəhərində olduğu müəyyən olunub və ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: itkin  



Xəbər lenti