Emin Əmrullayev "Son zəng" münasibətilə məzunları təbrik edib

   Emin Əmrullayev "Son zəng" münasibətilə məzunları təbrik edib
  14 İyun 2023    Oxunub:1077
Elm və təhsil naziri Emin Əmrullayev məzunları "Son zəng" münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Tədris ilimizə Ağalı kənd tam orta məktəbində ilk zənglə başladıq. Ardınca isə Talış və Suqovuşan kənd tam orta məktəbləri istifadəyə verildi.

Bu gün Azərbaycanın bütün bölgələrində yerləşən ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

Bu əlamətdar gündə Naxçıvanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdən ölkə üzrə məzun olan 98 649 şagirdimizin hər birini təbrik edir, gələcək həyatlarında uğurlar arzulayıram.

Gününüz mübarək, əziz məzunlar!"

AzVision.az



Teqlər:



Xəbər lenti